Polşada raket yanacağı zavodunda partlayış oldu

   Polşada raket yanacağı zavodunda partlayış oldu
  10 İyun 2024    Oxunub:629
Polşanın Sventokşisk bölgəsindəki “Mesko” silah zavodunda güclü partlayış baş verib
AzVision.az xəbər verir ki, bu barədə RMF radiosu məlumat yayıb.

“Bir neçə il əvvəl istifadəyə verilmiş raket yanacağı mərkəzində partlayış oldu”, - məlumatda qeyd olunub.

Hadisə yerinə yanğınsöndürən komandası və təcili yardım helikopteri göndərilib.

Yerli polis idarəsinin əməkdaşının sözlərinə görə, partlayış nəticəsində zavodun 59 yaşlı əməkdaşı ölüb.

AzVision.az



Teqlər:





Xəbər lenti