16 yaşına çatmayanları evləndirən valideynlər həbs olunacaq

  16 yaşına çatmayanları evləndirən valideynlər    həbs olunacaq
  11 İyun 2024    Oxunub:606
Azərbaycanda 16 yaşına çatmayan övladının evliliyini təşkil edən valideynlər iki ilədək həbs olunacaq.
Bununla bağlı Cinayət Məcəlləsinə yeni 176-2-ci maddə (On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili) əlavə edilir.

Yeni maddəyə əsasən, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmamış şəxslə nikaha daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsinə görə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət yetkinlik yaşına çatmamış şəxslə nikaha daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.

AzVision.az


Teqlər:





Xəbər lenti