Qurbanlıq heyvanların satışı və kəsimi yerləri

   Qurbanlıq heyvanların satışı və kəsimi yerləri
  11 İyun 2024    Oxunub:577
Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq.
AzVision.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilir ki, vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.

Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları afsa.gov.az/az/qurban-bayrami-2024 linkinə daxil olmaqla əldə edə bilərsiniz.

AzVision.az


Teqlər:





Xəbər lenti