Türkiyəli məşhur aktyor dünyasını dəyişdi

 Türkiyəli məşhur aktyor dünyasını dəyişdi
  11 İyun 2024    Oxunub:434
Türkiyəli məşhur aktyor Murat Soydan 83 yaşında dünyasını dəyişib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə aktyorun qızı Mehveş Soydan açıqlama verib.

Əsl adı Rüçhan Tercan olan sənətçi 2 oktyabr 1940-cı ildə İstanbulda anadan olub. Türkan Şoray, Hülya Koçyiğit, Fatma Girik kimi ulduzlarla baş rolu paylaşan Soydan müxtəlif seriallarda da rol alıb.

O, 1972-ci ildə "Zülüm" filmindəki roluna görə "Ən yaxşı aktyor" mükafatını qazanıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti