""Qobu Park"dakı sahibsiz itlərlə bağlı dəfələrlə müraciət olunub" - "Qaçqınkom"

      ""Qobu Park"dakı sahibsiz itlərlə bağlı dəfələrlə müraciət olunub" -    "Qaçqınkom"
  04 Mart 2024    Oxunub:845
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-3" yaşayış massivi ətrafında sahibsiz itlərlə bağlı dəfələrlə aidiyyatı üzrə qurumlara müraciət olunub.
“Üç it hücum edib, uşağın bütün bədənini parçalayıb” - VİDEO
Bunu AzVision.az -a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev deyib. O qeyd edib ki, yaşayış kompleksindən aralıda sahibsiz itlər çoxdur

"Hadisə yaşayış kompleksinin ərazisində deyil, aralıda baş verib. Amma biz tərəfdən dəfələrlə bu itlərlə bağlı tədbir görülməsi üün aidiyyatı üzrə mqüraciət olunub".

Qeyd edək ki. “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında itlər azyaşlı uşağın üstünə hücum edib. Klinik Tibbi mərkəzə gətirilən azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:   Qobu   İt   Uşaq  





Xəbər lenti