Paşinyan: "Delimitasiyadan imtina eskalasiyaya gətirib çıxaracaq"

   Paşinyan:    "Delimitasiyadan imtina eskalasiyaya gətirib çıxaracaq"
  18 Aprel 2024    Oxunub:660
Ermənistan hakimiyyətinin Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya səbəb olacaq.
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kiranç kəndinin sakinləri ilə görüşündə deyib.

"Sərhədlər dəqiqləşdirilməsə, yeni münaqişə başlayacaq" - Paşinyan
O qeyd edib ki, “Əgər biz bu addımları atmasaq, bölgəmizdə daha bir partlayış olacağına zəmanət verirəm”.

Xatırladaq ki, Nikol Paşinyan bundan öncə kənd sakinlərini təşvişə düşməməyə çağırmışdı. O qeyd edib ki, "Hakimiyyət istəyir sərhədyanı kəndlərdə yaşayanlar Azərbaycanın (Sərhədçilərimizi nəzərdə tutur-red.) Ermənistanın sərhəd kəndlərinə daha da yaxınlaşmasından qorxmasınıar".

Baş nazir dünən Tavuş vilayətinin Voskepar kəndinin sakinləri ilə də yenidən görüşmüşdü.
Onun Voskepara əvvəlki səfəri bir ay əvvəl - martın 18-də baş tutub. Baş nazir burada rezonans doğuran bəyanatla çıxış edib. O, delimitasiya məsələsinin müzakirəsindən imtinanın Azərbaycanla yeni müharibəyə gətirib çıxara biləcəyini deyib. Həmin vaxt yerli media bunu ölkə rəhbərinin xalqı təhdid etməsi kimi qiymətləndirmişdi.
AzVision.az



Teqlər:   Paşinyan   Eskalasiya  





Xəbər lenti