Gürcüstan Avropaya qalmaqallı qanunla bağlı şərt qoydu

   Gürcüstan Avropaya qalmaqallı qanunla bağlı şərt qoydu
  20 Aprel 2024    Oxunub:800
Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.
Bunu hakim “Gürcü Arzusu” Partiyasının sədri İrakli Qaribaşvili bildirib. “Əgər bizə desələr ki, sabah Avropa İttifaqına üzv olacağıq, o zaman qanun çox asanlıqla ləğv edilə, yenidən işlənib hazırlana və ya yenisi qəbul edilə bilər”, - İrakli Qaribaşvili deyib.

"Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze deyib ki, Gürcüstanda qəbul etmək istədikləri “Xarici təsirin şəffaflığı haqqında” qanun Avropa Komissiyasının direktivindən daha yumşaqdır:

"Tənqid eşidirik, lakin onu əsaslandırmırlar. Qoy bizə desinlər ki, Avropa Komissiyasının doqquz tövsiyəsindən hansı bəndi ilə təşəbbüs edilən layihə ziddiyyət təşkil edir, biz cavab verəcəyik, lakin hələlik tənqid üçün heç bir əsas yoxdur".

Qeyd edək ki, Gürcüstanda parlament çoxluğu “Xarici təsirin şəffaflığı haqqında” qanunun qanunverici orqanda yenidən müzakirə edilməsi barədə qərar qəbul edib.

Gürcüstan parlamentin spikeri Şalva Papuaşvili bildirib ki, xarici donorlar Gürcüstanda radikal qrupların və partiyaların məxfi maliyyələşməsini artırıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti