Ermənistanda delimitasiya komissiyası yanında iki işçi qrupu yaradılıb

   Ermənistanda delimitasiya komissiyası yanında iki işçi qrupu yaradılıb
  22 Aprel 2024    Oxunub:711
Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın nəzdində Tavuş vilayətinin sakinləri və respublikanın təhlükəsizlik blokunun nümayəndələrinin daxil olduğu iki işçi qrupu yaradılıb.
Bu barədə Ermənistan Nazirlər Kabinetinin saytında yerləşdirilən müvafiq qərarda deyilir. Bildirilir ki, işçi qruplar hökumətin qərarına əsasən, koordinatların dəqiqləşdirilməsi, müvafiq protokol və təsvirin yaradılması məqsədilə yaradılıb.

Nazirlər Kabinetinin rəhbərinin qərarına əsasən, Tavuş vilayətinin qubernatoru Hayk Qalumyanın rəhbərlik etdiyi birinci qrupa Noyemberyan icmasının liderləri və Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) icmalarının rəhbərləri və kənd sakinləri daxil edilib. İkinci qrup Ermənistanın təhlükəsizlik blokunun nümayəndələrindən ibarətdir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti