Atasını öldürən şəxs saxlanılıb

   Atasını öldürən şəxs saxlanılıb
  29 Aprel 2024    Oxunub:954
Göyçayda 1961-ci il təvəllüdlü Əhmədov Eynulla Sahabqulu oğlu əllə yetirilən xəsarət nəticəsində həyatını itirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən xəbərə görə, bu barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədovun oğlu Kamal Əhmədov saxlanılıb.

Araşdırma aparılır.

AzVision.az


Teqlər: hadisə   cinayət   DİN  





Xəbər lenti