Rusiya bir günə 6 ATACMS ballistik raketini vurdu

Rusiya bir günə  6 ATACMS ballistik raketini  vurdu
  30 Aprel 2024    Oxunub:863
Rusiyanın hava hücumundan müdafiə sistemləri son 24 saat ərzində Ukraynaya məxsus 10 pilotsuz uçan aparatı, 6 ATACMS operativ-taktiki raketi və Fransa istehsalı olan 2 idarəolunan “Hammer” aviabombasını vurub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatında həmçinin qeyd edilib ki, müharibə başlayandan indiyədək 593 təyyarə, 270 helikopter, 23 619 pilotsuz uçuş aparatı, 509 zenit-raket kompleksi, 15 888 tank və digər zirehli döyüş maşını, 1275 reaktiv yaylım atəşi sistemli döyüş maşını , 9 216 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 21 396 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti