Gürcüstanda aksiyalar dayandırıldı

   Gürcüstanda aksiyalar  dayandırıldı
  02 May 2024    Oxunub:641
Tbilisidə parlament binası yaxınlığında xarici agentlərlə bağlı qanun layihəsinə etiraz aksiyası başa çatıb. Bu barədə TASS məlumat yayıb.
Rustaveli prospektində parlament binası qarşısında onlarla etirazçı hələ də qalmaqdadır. Polis əməkdaşları etirazçılara bildiriblər ki, tezliklə şəhər xidmətləri prospektdə olacaq və yola nəzarət edəcək.
Gürcüstanı qarışdıran "Rusiya qanunu" - Xalq niyə "xarici agent"ə qarşı çıxır?


Mitinqin sona çatmasından əvvəl xüsusi təyinatlılar 9 Aprel və Çiçinadze küçələrində cəmləşmiş və parlamentin xidməti girişlərinin qapılarına barrikadalar quran etirazçıları sıxışdırıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə nəfəri saxlamalı olublar.

Xatırladaq ki, ötən gün axşam bir neçə min insan parlament qarşısında etiraz aksiyası keçirib. Bir anda mitinq polislə toqquşmaya çevrilib. Nümayişçilərdən bəziləri 9 Aprel küçəsində parlamentin xidməti girişində mövqe tutublar. Qanunvericilik binasının həyətində yerləşən xüsusi təyinatlılar onlara qarşı gözyaşardıcı və bibər qazından, eləcə də sudan istifadə etməyə başlayıb. Polisə daş, butulka və fişənglər atılıb.

Qeyd edək ki, Gürcüstan parlamenti çərşənbə günü ikinci oxunuşda ölkə prezidenti Salome Zurabişvilinin, müxalifətin və Qərb diplomatlarının etiraz etdiyi və respublikanın Avropaya inteqrasiyasına maneə hesab edilən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini dəstəkləyib. Aprelin 15-dən Tbilisidə müxalifət və vətəndaş fəalları qanun layihəsinə qarşı mitinqlər keçirir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti