"Kirantslılar Nikol Paşinyan adında adam tanımırlar" - Erməni kəndli

 "Kirantslılar Nikol Paşinyan adında adam tanımırlar"    - Erməni kəndli
  02 May 2024    Oxunub:647
Ermənistanda vəziyyət gərgin olaraq qalır. AzVision.az xəbər verir ki, bu gün səhər saatlarından etibarən Tavuşun Kirants kəndində polislə etirazçılar arasında toqquşmalar olub.
31 nəfər vəhşicəsinə döyülərək saxlanılıb. Aksiya dağıdıldıqdan sonra kənd sakinləri jurnalistlərə açıqlamalar veriblər. Etirazçılardan biri media nümayəndələrinə israrla bildirib ki, Nikol Paşinyan adında adamın adını ilk dəfə eşidir: “Paşinyan kimdir? Biz belə bir adam tanımırıq. Əgər onu yaxşı tanısaydıq, bu gün belə vəziyyətə düşməzdik”.

96 yaşlı erməni aksiyada döyüldü - VİDEO
O, delimitasiya proseslərinə qarşı çıxan radikal kəndlilərin tərəfinə saxlayaraq deyib ki, “hakimiyət necə gəldi torpaq verir. Kimin torpağını qonşu dövlətə verdiyinizi bilrisiz? Ayıb olsun sizə”.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  





Xəbər lenti