Qocalar evinə bıçaqlanma: 2 ölü, 1 yaralı

   Qocalar evinə bıçaqlanma:    2 ölü, 1 yaralı
  03 May 2024    Oxunub:550
Antalyada qocalar evində bıçaqlanma olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzzettin Söğüt adlı sakin onunla eyni qocalar evində qalan üç nəfəri bıçaqlayıb. Bildirilir ki, buna onlar arasındakı çoxdankı düşmənçilik səbəb olub. Hadisədən sonra Söğüt yanğın çıxışından qaçıb.

Yaralanan şəxslərdən ikisi ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Polis İzzettin Söğütü saxlayıb və o, Antalyaya gətirilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti