Ulu Öndərin anadan olmasının ildönümü münasibətilə konsert keçirilib - FOTOLAR

Ulu Öndərin anadan olmasının ildönümü münasibətilə konsert keçirilib -    FOTOLAR
  07 May 2024    Oxunub:898
Rəşid Behbudov adına Azərbaycan Mahnı Teatrında Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin tələbələrinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konserti keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsertdə Vaqif Mustafazadənin "Yollar", Tofiq Quliyevin "Məhəbbət çırağı", "Zibeydə", "Vals", Cahangir Cahangirovun "Cənnətim Qarabağ" və digər əsərlər tələbələr tərəfindən ifa olunub.

AzVision.az

Qalereya




Teqlər: Ulu-Öndər   ildönümü   konsert  





Xəbər lenti