Avropa parlamentinin üzvü Şəhidlər xiyabanında - Fotolar

Avropa parlamentinin üzvü Şəhidlər xiyabanında -    Fotolar
  13 May 2024    Oxunub:760
Avropa parlamentinin üzvü Şəhidlər xiyabanını ziyarət edib
Bu barədə Milli Məclisin Mətbuat vəictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda səfərdə olan Avropa parlamentinin üzvü Xaviyer Nart mayın 13-də Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb.

Sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.


AzVision.az


Teqlər:





Xəbər lenti