Ərdoğan çevriliş etmək istəyən generalları əfv etdi

  Ərdoğan çevriliş etmək istəyən  generalları əfv etdi
  17 May 2024    Oxunub:653
Türkiyədə 1997-ci ildə postmodern çevrilişində( 28 Fevral prosesi) iştirak etməkdə təqsirli bilinərək həbs olunan şəxslərdən 14 nəfər əfv olunub.
Bununla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı Rəsmi Qəzetdə dərc olunub.

Bildirilib ki, Ərdoğan 14 nəfəri davamlı xəstəlik və çox yaşlı olmaları səbəbindən əfv edib. Onların arasında Çevik Bir, Çetin Doğan, Erol Özkasnak, Fevzi Türkeri, Yıldırım Türker, Cevat Temel Özkaynak və Aydan Erol da var.

Qeyd edək ki, Türkiyə postmodern çevrilişi və ya 28 Fevral prosesi Nəcməddin Ərbakanın baş nazir, Tansu Çillərin isə baş nazirin birinci müavini və xarici işlər naziri olduğu dövrdə ordu və bürokratiya mərkəzli bir çevriliş prosesidir.

Proses Ərbakanın istefası və 54-cü Türkiyə Nazirlər Kabineti olan REFAHYOL Hökumətinin dağılması ilə nəticələndi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti