Bakıda 150 minlik dələduzluq edilib

Bakıda 150 minlik dələduzluq edilib
  21 May 2024    Oxunub:600
Mayın 16-da Bakı şəhər sakini olan bir nəfərin dələduzluq yolu ilə 150.000 manatının alınması barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.
AzVision.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Taleh Süleymanov və əvvəllər məhkum olunmuş Fariz Aslanov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti