Dünya İqtisadi Forumunun rəhbəri istefa verir

  Dünya İqtisadi Forumunun rəhbəri istefa verir
  22 May 2024    Oxunub:559
1971-ci ildən Dünya İqtisadi Forumuna (WEF) rəhbərlik edən Klaus Şvab işçilərinə e-mail vasitəsilə istefaya gedəcəyini bildirib.
Hazırki postunu tərk edəndən sonra Şvab 2025-ci ilin yanvarına qədər sədr səlahiyyətlərini icra edəcək. Şvab hazırda İsveçrə hökumətinin qərarını təsdiqləməsini gözləyir.

Onu kimin əvəz edəcəyi hələlik açıqlanmayıb. Son bir ildir Şvabın funksiyalarını Norveçin keçmiş xarici işlər naziri Børge Brendenin rəhbərlik etdiyi şura yerinə yetirir.

Qeyd edək ki, WEF-in Davosda keçirilən illik toplantısına hər il onlarla dövlət başçıları və rəsmilər qatılır. Təşkilatdan verilən məlumata görə, bu ilki toplantıda 50-dən çox dövlət başçısı iştirak edəcək.

Həmidə İbrahimova


AzVision.az



Teqlər:





Xəbər lenti