Stoltenberq: “Aİ Ukraynaya vədini yerinə yetirməyib

   Stoltenberq: “Aİ Ukraynaya    vədini yerinə yetirməyib   ”
  29 May 2024    Oxunub:842
Avropa İttifaqı (Aİ) Ukraynaya 1milyon mərmi vəd etsə də, bunun heç həndəvərinə də yaxınlaşmayıb.
AzVision.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq təşkilatın Parlament Assambleyasının sessiyasındakı çıxışı zamanı belə bəyanat səsləndirib.

“NATO ölkələri Ukraynaya bütün silahların 99%-ni göndərib, lakin bu, yetərli deyil. Kiyevə kifayət qədər silah göndərmədik və ciddi gecikmələr oldu. ABŞ altı ay Ukraynaya yardım paketini müzakirə etdi, Avropa İttifaqı milyon mərmi vəd etdi, lakin bu kəmiyyətə heç yaxşınlaşmadı da”, - deyən Stoltenberq Ukraynaya silah tədarükünü artırmağa çağırıb.

O, həmçinin bildirib ki, Ukraynada münaqişə başlayandan bəri Kiyev indi ən çətin dövrünü yaşayır. Eyni zamanda, “müharibələrin gözlənilməz olduğunu” vurğulayan Stoltenberq, NATO-dakıların Rusiyanın böyük irəliləyişinin gözlənilmədiyini iddia etdiklərini bildirib.


Ukrayna mediasının yazdığına görə isə, Avropa İttifaqının müdafiə nazirlərinin görüşünə videobağlantı vasitəi ilə qatılan Ukraynanın müdafiə naziri Rustem Umerov da avropalı həmkarlarından Kiyevin Rusiyaya Qərb silahları ilə zərbələr endirməsinə icazəni təsdiqləməyi və hava hücumundan müdafiə sistemlərinin tədarükünü artırmağı xahiş edib. Umerov, həmçinin hər bir Aİ ölkəsini Ukrayna Silahlı Qüvvələrinin briqadalarından birinə himayədarlıq etməyə çağırıb.

“Silahlı Qüvvələri gücləndirmək üçün döyüş hissələrini fəal şəkildə yeniləyirik. Bununla əlaqədar olaraq, mən müttəfiq ölkələrin hər birini bu briqadalardan birinin təchizatı üçün himayədarlığı öz üzərinə götürməyə dəvət etdim. Biz birlikdə istənilən çətinliyin öhdəsindən gələcəyik, Ukrayna və Avropanın dinc gələcəyini təmin edəcəyik”, - videogörüşdən sonra Rustem Umerov öz “Facebook” səhifəsində yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Stoltenberq   Ukrayna  





Xəbər lenti