"Qarabağ" Azərbaycan Kubokunun qalibidir

   "Qarabağ" Azərbaycan Kubokunun qalibidir
  02 İyun 2024    Oxunub:965
Bu gün Azərbaycan kubokunda 2023/2024 mövsümünün final oyunu keçirilib.
AzVision.az xəbər verir ki, həlledici görüşdə cari mövsümdə Misli Premyer Liqasının qalibi olan "Qarabağ" çempionatın 2-cisi "Zirə" ilə qarşılaşıb. Oyun Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Qurban Qurbanovun komandası "qızıl dubl" edib.

"Qarabağ" Azərbaycan kubokunun ən titullu klubudur. Ağdam təmsilçisi ölkə kubokuna ümumilikdə 8 dəfə sahib çıxıb.

2 iyun

Azərbaycan kuboku, final


20:00. "Qarabağ" - "Zirə" - 2:1

Qol: Olavio Juninyo, 42 (1:0), İsmayıl İbrahimli, 57 (1:1), Abdullah Zubir, 62 (2:1)

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Müslüm Əliyev, Kamal Umudlu

"Liv Bona Dea Arena"
AzVision.az


Teqlər:





Xəbər lenti