"Qarabağ" 20-ci titulunu qazanıb

"Qarabağ" 20-ci titulunu qazanıb
  03 İyun 2024    Oxunub:550
“Qarabağ” klubu 20-ci titulu qazanıb.
AzVision.az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam klubu buna ölkə kubokunu qazanmaqla nail olub.

Qurban Qurbanovun komandası finalda “Zirə”yə 2:1 hesabı ilə qalib gəlib. “Qarabağ” 8-ci dəfə ölkə kubokunu qazanmaqla həm də 6-cı “Qızıl dubl”una imza atıb. Hər iki göstəricidə özünün sahib olduğu rekordu yeniləyən Ağdam təmsilçisi tarixində yubiley titulunu əldə edib.

Hesabında 11 çempionluq (1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022, 2022/2023, 2023/24) və 8 kubok (1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022, 2023/24) olan “Qarabağ” 1993-cü ildə Superkuboka da sahib çıxıb.

"Qarabağ" titul sayında da Azərbaycan rekordunu yeniləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti