İrəvanda vətəndaş itaətsizliyi aksiyası keçirilir - CANLI

İrəvanda vətəndaş itaətsizliyi aksiyası keçirilir    - CANLI
  04 İyun 2024    Oxunub:681
Ermənistanın "Vətən uğrunda Tavuş" müxalifət hərəkatı bu gün səhər saatlarından başlayaraq növbəti mitinqini keçirir.
Yerli medianın yaydığı məlumata görə, hərəkatın lideri arxiyepiskop Baqrat Srbazan radikalları başına toplayaraq Müqəddəs Anna kilsəsinin həyətindən yürüşə başlayıb.

İrəvanın rəisi keşiş və etirazçıların qarşısına içkili halda çıxdı - VİDEO
O qeyd edib ki, vacib bir məkana yol alırlar və hakimiyyətdən hesabat tələb edəcəklər.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Aksiya  





Xəbər lenti