Fitso: "Qərb münaqişəni qızışdırmaq niyyətindədir"

      Fitso:    "Qərb münaqişəni qızışdırmaq niyyətindədir"
  08 İyun 2024    Oxunub:695
"Qərb Kiyevin Rusiyaya zərbə endirməsinə icazə verməklə Ukrayna münaqişəsini qızışdırmaq istəyir".
AzVision.az xəbər verir ki, bu sözləri Slovakiyanın Baş naziri Robert Fitso Avropa Parlamentinə seçkilər üzrə səs verdiyi ilə bağlı "Facebook" paylaşımında vurğulayıb.

Onun sözlərinə görə, Qərbin Ukraynaya dəstəkdə məqsədi sülh və əmin-amanlıq yox, əslində, Rusiya ilə gərginliyi artırmaq məqsədi güdür.

"Slovakiyanın Baş naziri kimi ölkəmi Qərbin bu kimi oyunlarına atmayacağam", - Baş nazir diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Slovakiya   Rusiya   Ukrayna   müharibə  





Xəbər lenti