İki hərbçimiz ildırım vurması nəticəsində vəfat edib

  İki hərbçimiz ildırım vurması nəticəsində vəfat edib
  09 İyun 2024    Oxunub:924
Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu ildırım vurması nəticəsində vəfat edib.
DSX-dan AzVision.az -a verilən məlumata görə, iyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat edib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin!
AzVision.az


Teqlər:





Xəbər lenti