Kobaxidze Azərbaycanla yeni gömrük məntəqəsindən danışdı

   Kobaxidze Azərbaycanla yeni gömrük məntəqəsindən danışdı
  09 İyun 2024    Oxunub:901
Gürcüstan və Azərbaycan arasında yeni gömrük keçid məntəqəsi yaradılacaq. Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidzenin illik hesabatında deyilir.
Sənədə əsasən, artıq tərəflər arasında müqavilə layihəsi razılaşdırılıb, memarlıq layihəsi hazırlanır.

“Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsi ölkələrin tranzit və logistika imkanlarının inkişafına töhfə verəcək, regionun nəqliyyat və ticarət əlaqələrini daha da gücləndirəcək”, - deyə məlumatda bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti