Rusiya səfiri "Köçəri"ni erməni rəqsi adlandırdı - VİDEO

   Rusiya səfiri    "Köçəri"ni    erməni rəqsi adlandırdı  - VİDEO
  09 May 2024    Oxunub:1126
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin erməni xalqını tərif edən müsahibə verib. O, “Sputnik Ermənistan” radiosunun "Time” verilişində Qələbə gününü yaxınlaşdıran Berlin döyüşündən danışarkən Sovet Qüvvələri arasında erməni döyüşçülərini digər xalqlardan xeyli fərqləndirib...
Səfirin sözlərinə görə, bu qüvvələr arasında Ali Komandanlığın qərarına əsasən, yalnız bir milli birləşmə iştirak edib ki, o da 89-cu erməni Taman diviziyası olub: "Böyük Vətən Müharibəsində Sovet İttifaqı xalqlarının Qələbəsinin ən parlaq görüntülərindən biri də Reyxstaqın divarları önündə erməni rəqsi (?) olan "Köçəri"nin əks olunmasıdır".

"İrəvanla hərbi qardaşlıq ənənələrimiz yox olmayıb"- Kopırkin
Rusiyalı diplomat təriflərinin ardını gətirərək iddia edib ki, SSRİ, Avropa və digər ölkələrdən olan yarım milyondan çox erməni döyüşçü müxtəlif cəbhələrdə ümumi düşmənə qarşı ləyaqətlə vuruşub.

Qeyd edək ki, Kopırkin tez-tez erməni xalqının maraqlarına cavab verən açıqlamaları ilə gündəmə gəlir. O, ötən il Ermənistanda və Zəngəzur bölgəsində baş verənlərin Rusiya üçün çox vacib olduğunu bəyan etmişdi. Səfir "Ermənistan və erməni xalqı, o cümlədən "Dağlıq Qarabağ" erməniləri də bizim üçün vacibdir. Onlar bizə yad deyillər. İki xalq bir-birinə sıx bağlıdır. Bu xalqın yaşadığı vəziyyəti və ağrıları özümüzünkü kimi qəbul edirik" demişdi.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Səfir   Ermənistan  





Xəbər lenti