Moskvada hərəkat rəhbəri qətlə yetirildi

 Moskvada hərəkat rəhbəri  qətlə yetirildi
  07 İyun 2024    Oxunub:576
“Zov naroda” hərəkatının sədr müavini Anton Eqovtsev öldürülüb. Onu Moskvada qətlə yetiriblər.
AzVision.az xəbər verir ki, bu barədə təşkilatın Telegram-kanalı məlumat yayıb.

Killerin güllələdiyi şəxs biznesmenin oğlu imiş - VİDEO (Yenilənib)
“O, evinin yaxınlığında öldürülüb”, - hərəkat nümayəndələri paylaşımda yazıblar. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir. "Shot" Telegram kanalı isə yazıb ki, 37 yaşlı kişinin cəsədi çoxsaylı yaralarla tapılıb.

"Qohumları ictimai fəalı və onun ailəsini təqib edən psixopatın bu hücumu reallaşdırmasından şübhələnirlər", -Telegram kanalı yazıb.

"Mash" Telegram kanalı hücum edən qatilin yaralandığını və xəstəxanaya yerləşdirildiyini yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Qətl  





Xəbər lenti