Zalujnı Ukraynanın Kursk əməliyyatına qarşı çıxıb - "Politico"

   Zalujnı Ukraynanın Kursk əməliyyatına qarşı çıxıb    - "Politico"
  17 Sentyabr 2024    Oxunub:394
Ukraynanın bəzi yüksək səviyyəli ordu komandirləri Silahlı Qüvvələrin Rusiyanın Kursk vilayətində keçirdiyi əməliyyata etiraz ediblər.
Bu fikirlər "Politico"da dərc olunan məqalədəndir. Nəşr adının açıqlanmasını istəməyən iki yüksək rütbəli Ukrayna hərbçisinə istinad edib.

Qeyd olunub ki, Ukrayna prezidenti Volodimir Zelenski ilk dəfə ilin əvvəlində Rusiya Federasiyasına hücum məsələsini qaldırıb və bu məsələdə israr edib.

Ukraynada ölən və yaralananların sayı bir milyona çatıb - "The Wall Street Journal"
Məlum plana qarşı çıxanlar arasında Ukrayna Silahlı Qüvvələrinin keçmiş komandanı Valeri Zalujnıya da olub. Bildirilib ki, onun Kursk əməliyyatına etirazı Rusiya sərhədini yardıqdan sonra “ikinci addımın” atılması planı ilə bağlı olub. Mənbələrdən birinin sözlərinə görə, Zalujnı bu məsələ ilə bağlı Zelenskidən dəqiq cavab almayıb və əməliyyatı avantüra hesab edib.

Nəşr yazıb ki, keçmiş komandandan başqa, iyulda işdən çıxarılan 80-ci Hava Desant-Hücum Briqadasının komandiri Emil İşkulov da Kursk əməliyyatının əleyhinə çıxış edibmiş. Mənbələr bildiriblər ki, İşkulov öz briqadasının Rusiya torpaqlarında həddən artıq müdafiəsiz qalacağından və itkilərin sayının kəskin şəkildə arta biləcəyindən ehtiyat edərək, Kursk vilayətindəki əməliyyata etiraz edib.

Məlumata görə, Zalujnının Rusiya sərhədini yardıqdan sonra “ikinci addım”la bağlı sorğusu hələ də açar sual olaraq qalır. Çünki həm Qərb, həm də Ukraynalı skeptiklər Kiyev qüvvələrinin daha dərin ərazilərə girə biləcəyindən və bundan sonra geri çəkilmə əmrlərinə görə ruhdan düşəcəklərindən qorxurlar.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Kursk   Rusiya  





Xəbər lenti