Kamala Harris Netanyahuya atəşkəsə görə təzyiq edib

Kamala Harris Netanyahuya atəşkəsə görə təzyiq edib
  26 İyul 2024    Oxunub:286
ABŞ-nin vitse-prezidenti Kamala Harris İsrailin Baş naziri Benyamin Netanyahuya fələstinli mülki əhalinin əzablarını yüngülləşdirmək üçün Qəzzada atəşkəs sazişinin əldə edilməsinə görə təzyiq edib.
AzVision.az xəbər verir ki, Harris Netanyahu ilə üz-üzə danışdıqdan sonra televiziyaya verdiyi açıqlamada “Bu müharibənin bitməsinin vaxtıdır”, – deyib.

“Biz özümüzü əzablara laqeyd olmağa icazə verə bilmərik və mən susmayacağam”, – Harris bildirib.

Analitiklər bu məsələ ilə bağlı ABŞ-nin İsraillə arasında ciddi dəyişiklik olacağını gözləmirlər. Çünki İsrail bu ölkənin Yaxın Şərqdəki ən yaxın müttəfiqidir.

İsrail-Fələstin münaqişəsi oktyabrın 7-də HƏMAS silahlı qüvvələrinin Qəzzadan İsrailin cənubuna hücumu ilə başlayıb. İsrailin məlumatlarına görə, həmin vaxt 1200 nəfər öldürülüb və 250-dən çox əsir götürülüb.

İsrailin Qəzzaya cavab hücumu 39.000-dən çox insanın ölümünə və sahil anklavının böyük hissəsinin dağıdılmasına, insanların evlərindən didərgin düşməsinə, aclığa və təcili yardım çatışmazlığına səbəb olan humanitar fəlakətə səbəb olub.

Bayden daha əvvəl Netanyahu ilə görüşüb və Ağ Ev tərəfindən verilən məlumata əsasən, o, Qəzzada atəşkəsə nail olmaq və yardım axınındakı maneələri aradan qaldırmaq üçün boşluqları aradan qaldırmalı olduğunu deyib.

Atəşkəs aylardır danışıqların mövzusudur. ABŞ rəsmiləri hesab edir ki, tərəflər HƏMAS tərəfindən qadınların, xəstələrin, qocaların və yaralı girovların azad edilməsi müqabilində altı həftəlik atəşkəs razılaşmasına həmişəkindən daha yaxındırlar.

Elnur Məmmədov

AzVision.az



Teqlər:





Xəbər lenti