Ceyhun Bayramov türk həmkarı ilə görüşüb

   Ceyhun Bayramov türk həmkarı ilə görüşüb
  27 Avqust 2024    Oxunub:272
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Hakan Fidan arasında Ankarada danışıqlar baş tutub.
AzVision.az "Azərtac"a istinadən xəbər verir ki, görüş Türkiyə XİN-in inzibati binasında keçirilib.

Məlumata görə, Bayramov və Fidan ikitərəfli münasibətlər. regional məsələlərlə bağlı müzakirə aparıblar.

Xatırladaq ki, tərəflərin son görüşü iyulun 5-də Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşü çərçivəsində baş tutmuşdu.

AzVision.az


Teqlər: Azərbaycan   Türkiyə   XİN   görüş  





Xəbər lenti